1 May 2014 16:54
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Müsavat” qəzetinin ANS telekanalı ilə gənclər və idman naziri Azad Rəhimov arasında yaşanan gərginliyin saat biznesi ilə bağlı olduğunu yazıb. ANS rəhbəri Vahid Naxış isə geniş müsahibə verərək A.Rəhimovla dost münasibətində olduğunu deyib və yazılanları cızmaqara adlandırıb.

Teleqraf.com xəbər verir ki, onun bu sözlərinə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan Facebook-da cavab verib. A.Ayxan yazıb:

“Vahid Naxış bizim yazdıqlarımızı cızma-qara adlandırıb. Yazdıqlarımızın cızma-qara olduğunu ANS rəhbərliyinin narahatlığından duymaq olur. 1 sutkadı ki, bu tv-nin rəhbərliyi təkzib və izahatla məşğuldu. Vahid Naxış olaydı, hansısa sayta müsahibə verəydi. Ədabazın biridi. Adamdan soruşarlar, cızma-qaradısa niyə dayanmadan izahat və təkzib verirsiz? Niyə narahatsınız?”

A.Ayxan əlavə edib ki, Vahid Naxış Azad Rəhimovla dost olduğunu desə də, hər gün rəhbəri olduğu telekanalda naziri ən ağır cinayətlərdə suçlayan reportajlar verdirir: “Biriləri ona desin ki, bu dostluq deyil, düşmənçilikdir. 45 yaşı var, adam dostluğu düşmənçilikdən ayıra bilmir”.

Kəmalə


Müəllif: