27 Yanvar 2020 12:49
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə şəhər ərazisindəki mənzillərin birindən yanvarın 1-dən 25-dək olan müddətdə naməlum şəraitdə pul, 1 ədəd noutbuk və 1 ədəd mobil telefonun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin qohumu, əvvəllər məhkum olunmuş Ç.Abdullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov