28 Yanvar 2020 00:55
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, kənddə 2 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report