28 Yanvar 2020 20:12
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada “Ana və uşaq” Perinatal Tibb Mərkəzinin nümayəndəsi yeni doğulan qız uşağını valideynlərinin təkidi ilə 5 il həmin tibb mərkəzində saxlayıb.

Teleqraf.com-un məlumatına görə, həmin valideynlər barədə axtarış elan olunub. Hüquq-mühafizə orqanları bir müddətdir doğum evində böyüyən uşağın valideynlərini tapmağa çalışırlar, amma onlar perinatal mərkəzə gəlmirlər. Məhkəmə icraçıları isə valideynləri yaşadıqları ünvanda tapmayıb.

Vəkil Olqa Lukmanova bildirib ki, qızın anası icra prosesi ilə bağlı məlumatlı deyil.

Rezonans doğuran hadisənin üstü ötən ilin dekabrında aşılıb. Bəlli olub ki, beş yaşlı qız doğuşdan bəri xəstəxananı tərk etməyib, çünki anası uşağın xəstəxana ərazisindən kənarda yaşaya bilməyəcəyi qərarına gəlib. Nəticədə valideynlər qızlarının palatada qalması üçün külli miqdarda pul verməyə başlayıblar, eyni zamanda ixtisaslı dayə ayırıb və uşağa bahalı oyuncaqlar aldılar. Ancaq qız heç vaxt həmyaşıdları ilə ünsiyyət qurmayıb. Həkimlər əmindirlər ki, valideynlərinin qorxusuna baxmayaraq, qızın həyatına heç bir təhdid yoxdur.


Müəllif: Səxavət

Oxşar xəbərlər