29 Yanvar 2020 09:19
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com