Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə Bakıxanov qəsəbəsi ərazisində bir qadının bıçaqla hədələnərək mobil telefonunun alınması barədə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş T.Namazov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.