30 Yanvar 2020 13:46
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Saatlı rayonunda polis maşının qəzaya düşməsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 29-da saat 23 radələrində Saatlı şəhəri M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı rayon polis şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə arxadan vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdiriliblər.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər