Bakıda qadınlara qarşı cinayət törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Z.Əliyeva saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun daha iki qadının içərisində, ümumilikdə 315 manat və bank kartı olan çantasını oğurlaması müəyyən edilib.