Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Bülbülə qəsəbəsində 1983-cü il təvəllüdlü Vüqar Nəcəfov yaşadığı evin qarşısında naməlum şəxslə mübahisə edib. Mübahisə edən şəxs Vüqar Nəcəfovu bıçaqlayıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.
31-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ümid Səfərzadə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.