Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-dən cari il yanvarın 30-dək olan müddətdə Ramana qəsəbəsindəki evlərin birindən 700 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Səlimov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 28-də daha bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.