2 Fevral 2020 10:29
388

Abşeron rayonunda mikroavtobus yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqdakı mağazanın şüşəsi sınıb. Mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com