3 Fevral 2020 01:00
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Həsənsu kəndində qeydə alınıb.

Kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1958-ci il təvəllüdlü Xüdayar Zeynalovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com