Daxili İşlər Nazirliyi baş verən ağır yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 1-də saat 10 radələrində Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində Plankənd kənd sakini A.Ələkbərovun idarə etdiyi “Ford Transit” və Şəmkir rayon sakini S.İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə S.İsmayılovun sərnişinlərindən Azər Səfərov hadisə yerində ölüb, özü və digər 3 sərnişini, habelə A.Ələkbərov və onun sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, həmin gün saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Daha bir yol qəzası Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində baş verib.
Kənd sakini O.Yolçuyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmkəndlisi Hilal Aqqıraxovanı vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.