1 May 2014 17:41
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəllər olduğu kimi hazırda da ayrı-ayrı şəxslər Rusiya, eləcə də digər dövlətlərin vətəndaşlığından çıxmaq və ya vətəndaşı olmaq üçün həmin ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə müraciət edirlər. Lakin bu halın kütləvi xarakter daşıması barədə Dövlət Miqrasiya Xidmətində hər hansı bir məlumat mövcud deyildir”.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətindən Aktual.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Xatırladaq ki, mətbuatda Quba və Xaçmaz rayonlarında yaşayan sakinlərin Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlaması haqda məlumat yayılıb.

Rusiyanın Azərbaycandakı səfirliyindən faktı təsdiqləyiblər. “Rusiya vətəndaşlığını qəbul etmək istəyən Azərbaycan vətəndaşlarının olması doğru xəbərdir və bizə həddən artıq çox müraciətlər var. Dəqiq statistikanı isə hazırda verə bilmərik, çünki rəqəmlər hər an dəyişir” - deyə, diplomatik nümayəndəliyin açıqlamasında bildirilir.


Müəllif: