Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini Y.Həmidovaya zor tətbiq edib və zorla əlində olan çantasını alıb.
Polisə şikayət edən zərərçəkmiş bildirib ki, əlindən alınan çantanın içərisində 105 manat olub.
36 və 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.