4 Fevral 2020 15:53
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda güclü külək fəsadlar törədib.

Bu gün paytaxt ərazisində yeni tikilən binadan yolun ortasına taxta və daş parçaları tökülüb.

Bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkədə video paylaşıb.

Belə ki, güclü külək zamanı hündürmərtəbəli yaşayış binasında mənzillərdən birinin pəncərəsinin tor çərçivəsi yerə düşüb. Hadisə zamanı həmin ərazidən piyada keçib.

Xoşbəxtlikdən tor çərçivəsi həmin şəxsdən bir neçə metr aralıya düşüb./Report/


Müəllif: Teleqraf.com