5 Fevral 2020 22:22
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

20:23

İstanbulun Sabiha Gökçen hava limanında sərnişin təyyarəsi uçuş zolağından çıxıb.

Teleqraf.com xəbər verir ki, “Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən təyyarə dəniz üzərindən eniş zamanı sürüşərək zolaqdan çıxıb və parçalanıb.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, təcili tibbi yardım maşınları, polis göndərilib. Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin məlumatına görə, təyyarədə 177 nəfər sərnişin olub. İtki yoxdur.

Bütün uçuşlar İstanbul Hava Limanına yönləndirilib. Hava limanına yaxın xəstəxanalar hazır vəziyyətə gətirilib.

20:05

Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus layner Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxıb.

Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və müxtəlif hissələrə parçalanıb.

Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər