24 Sentyabr 2014 18:33
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təşəbbüslərini dəstəkləyirik. Amma Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticə əldə olunmasına imkan vermir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesi davam etsə də, hələ nəticə əldə olunmayıb. Onun sözlərinə görə, işğalçı Ermənistanı sülhə məcbur etmək üçün beynəlxalq birlik təzyiqlər göstərməlidir.

“Sülh prosesinin irəli getməsi üçün Qarabağın azərbaycanlı və erməni icmalarının birbaşa görüşü də müsbət təsir göstərə bilər. Biz dəfələrlə belə görüşlə bağlı təşəbbüs göstərmişik. Amma Ermənistan tərəfi bu təşəbbbüsün reallaşmasına imkan vermir. Ona görə də, həmsədrlər, beynəlxalq təşkilatlar işğalçı dövlətə təsir etməlidir”, – deyə, R.Rzayev qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər