6 Fevral 2020 09:45
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 54 yaşlı kişi itkin düşüb.

Hadisə fevralın 4-də, paytaxtın Xətai rayon, G.Şıxlinski küçəsi, ev 22, mənzil 25 ünvanında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Mürvət Səfərov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra M.Səfərovun oğlu hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com