Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Şöbədən bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib.
Nihat Əliyev dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib.
Belə ki, məktəbin 9-cu sinif şagirdi M.Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü N.Əliyevi mübahisə zəminində bıçaqlayıb.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törədən M.Qasımov müəyyən edilib.
Araşdırma aparılır./Report/