7 Fevral 2020 00:28
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində Rüstəmov Murad Cəsur oğlu, Məhərrəmov İlkin Vladimir oğlu və Abdullazadə Xəyal Vaqif oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Rüstəmov Murad Cəsur oğluna baş-beyin silkələnməsi və bədənin çoxsaylı zədələri, digər iki şəxsə isə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com