Şəmkir rayonunun Ələsgərli kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Əhmədova Mahı Bayraməli qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.