11 Fevral 2020 13:27
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən 1988-ci il təvəlüdlü Bakı şəhər sakini R.Əliyeva fevralın 4-də saat 21 radələrində Ö.F.Nemanzadə küçəsində 1 nəfərin ona zor tətbiq edərək içərisində 390 manat və sənədlər olan pulqabısını aldığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də saat 21 radələrində naməlum şəxs tərəfindən soyğunçuluq əməli törətməkdə şübhəli bilinən şəxs müəyən olunaraq tutulub.

Keçirilən təxirəsalınmaz tədbirlərlə R.Əliyevanın qoluna toxunmaqla yerə saldığı və içərisində 390 manat pul, sənədləri və digər əşyaları olan əl çantasını talamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü, Bəhruz Muradov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib.

Onun üzərindən 0,015 qram heroin, 0,697 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov