11 Fevral 2020 13:47
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 10-da saat 23 radələrində şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb.

Gəncə şəhər sakinləri Vüsal Bəhramov idarə etdiyi “Mercedes” və V.Əliyevin idarə etdiyi “Daimler Chrysler” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, V.Bəhramov orada ölüb.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov