12 Fevral 2020 17:05
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan 15 yaşlı uşağa qarşı quldurluq edilib.

Hadisə zamanı naməlum şəxslər zərərçəkən orta məktəbdən qayıdan zaman ona yaxınlaşaraq fiziki zor tətbiq edib iki ədəd mobil telefonunu əlindən alıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənin 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İlkin Orucov və qardaşı Murad Orucov saxlanılıblar. Hadisə zamanı Murad və İlkinlə bərabər quldurluq cinayətində iştirak edən Xalid Quliyev isə bir müddət əvvəl narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı ilə məşğul olduğu üçün tutulub.

Faktla bağlı 25-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Nizami rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Murad və İlkin Orucov qardaşlarının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər