Bakı Şəhər Baş Polis İdarəsi ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
İdarənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də 30 cinayətin üstü açılıb.
Onlardan 4-ü əvvəlki dövlərdən bağlı olan cinayətlərdir.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib.
İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.