14 Fevral 2020 12:52
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ, Rusiya, Türkiyə və İsrail Suriyada ehtiyatlı davranırlar, buna görə də onların iştirakı ilə genişmiqyaslı hərbi münaqişə istisna olunur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“Hazırda ABŞ, İsrail, Türkiyə və Rusiya kimi bölgədə böyük oyunçuların iştirakı ilə genişmiqyaslı hərbi əməliyyatların başlamasını istisna edirik, çünki bu ölkələr çox ehtiyatla davranırlar”, - Cefri bildirib.

Onun sözlərinə görə, bu ölkələr Suriya ilə bağlı fikir ayrılıqlarını diplomatik yollarla aradan qaldırmağa çalışırlar.

Uzun illər ərzində ilk dəfə olaraq Suriya ordusu (Bəşər Əsəd ordusu) ölkənin şimalına əks-hücum zamanı əhəmiyyətli M-5 Dəməşq-Hələb avtomobil yolunu tam nəzarət altına almağa müvəffəq olub, lakin İdlib əyalətində yerləşən türk müşahidə postları həmin ərazilərin yaxınlığında yerləşir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər