Qəbələ rayonunda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb.
Ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.