16 Fevral 2020 11:44
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli, 4 otaqlı, tavanı qamış örtükdən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com