25 Sentyabr 2014 15:14
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsulzadə-Elçibəy fraksiyası fikrini qurultayda deyəcək

Müsavat Partiyasının Divan üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu üzvü olduğu partiyanın sentyabrın 27-də keçiriləcək qurultayına münasibətini bildirib.

N.Cəfəroğlu Teleqraf.com-a açıqlamasında deyib ki, Müsavatın başqanlığına dörd nəfər namizəd olsa da, o, hazırki başqan İsa Qəmbərin bu postda qalmasının tərəfdarıdır: “Hər bir namizəd başqanlığa layiqdir. Amma mən İsa bəyin yanındayam, öz fikirlərim var, qurultayda da mövqeyimi ifadə edəcəyəm. Ayrı formada da olsa, mütləq İsa Qəmbər Müsavatda yüksək postda olmalıdır”.

“Namizədimi sirr saxlayıram”

N.Cəfəroğlu fikrinin digərləri tərəfindən xoş qarşılanmayacağından narahat deyil. Divan üzvü seçkilərdə hansı namizədə səs verəcəyini sirr saxladığını bildirdi: “Rəsulzadə-Elçibəy fraksiyasının ümumi fikri var və mövqeyimizi qurultayda açıqlayacaqlar”

“Əfv məktubu yazmışıq”

Hüquq müdafiəçisi qeyd etdi ki, Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu Qurban bayramı ərəfəsində əfv fərmanının imzalanması üçün ölkə başçısına məktub yazıb: “Bu gün məktubu Prezidentə göndərəcəyik. Xahiş etmişik ki, Qurban bayramı ərəfəsində əfv fərmanı imzalansın, siyahıda olan 39 nəfər buraxılsın”.

Onun sözlərinə görə, siyahıda Əli İnsanovdan tutmuş Tofiq Yaqublu, İlqar Məmmədov, Leyla Yunus, Yadigar Sadıqlı, Hilal Məmmədov, Anar Məmmədli, İntiqam Əliyev, islamçılar və teoloqların adı var.
O, Əfv Komissiyasının sədrinə də məktub ünvanlanacağını söylədi.

“Hökumət QHT-lərin pulu hara xərclədiyini yoxlasın”

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinə rəhbərlik edən N.Cəfəroğlu xarici donorlardan aldıqları maliyyəni öz bank hesablarından çıxara bilməkdiklərini qeyd etdi: “Biz donordan aldığımız pulu Azərbaycana xərcləyirik. Qadın hüquqları ilə bağlı çoxsaylı layihələr həyata keçiririk. Hökumət elə mexanizm qursun ki, işimizi yoxlasın və sonradan problemlər ortaya çıxmasın. Hər QHT-də 20-30 nəfər işləyir, məsələn bizim cəmiyyətdə 20-yə yaxın insan məvacib alırdı, onlar işsiz qalanda evlərinə çörəyi necə aparacaqlar?”

Nərgiz


Müəllif:

Oxşar xəbərlər