18 Fevral 2020 00:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri Nizami küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, fevralın 16-da saat 7 radələrində Gəncə şəhəri Nizami küçəsində Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Müəllif: Teleqraf.com