18 Fevral 2020 09:48
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Teleqraf.com-a bildirilib ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.


Müəllif: Teleqraf.com