19 Fevral 2020 12:35
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uşak bölgəsində Yusif Ərtoğrula aid şirniyyat evinə “Molotov kokteyli" ilə hücum təşkil edilib.

Teleqraf.com Unikal.org-a istinadən xəbər verir ki, hücumla bağlı polis araşdırmaya başlayıb. Nəticədə iş yerinin sahibinin qardaşı və onun Əlzəm adlı Azərbaycan əsilli dostu saxlanılıb.

Məlumata görə, fevralın 13-də gecə vaxtı 2 nəfər Mimarsinan küçəsindəki şirniyyat evinə və onun qarşısında dayanan 64 DK 844 nömrəli yük avtomobilinə hücum edib.

Nəticədə iş yerinə və avtomobilə ciddi ziyan dəyib.

İstintaq zamanı məlum olub ki, Y.Ərtoğrul bir müddət öncə qardaşı Bülənd Ərtoğrulun bıçaqlı hücumuna məruz qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər