19 Fevral 2020 12:55
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 18-də saat 4 radələrində Bərdə rayonunun Qarağacı kəndi ərazisində Ağcabədi rayon sakini M.Məhərrəmov idarə etdiyi “Mercedes-Vito” markalı avtomobili qarşıda gedən Beyləqan rayon sakini E.Kərimovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Məhərrəmovun sərnişinlərindən Rövşən Qardaşxanov hadisə yerində ölmüş, özü və daha 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Bundan başqa dünən saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov