25 Sentyabr 2014 18:16
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu adam sürtülmüş şalvara yamaqdır”

“Müsavat Partiyası regonculuq üzərində qurulmuş partiyadır. İsa Qəmbər də regonçudur”.

Teleqraf.com-un xəbərinə görə, bunu BAXCP sədrinin ictimai-siyasi məsələrə üzrə müavini müavini Niyaməddin Orduxanlı deyib.

O, Müsavat başqanlığına namizəd Səxavət Əlisoyun qurultayda namizədliyini geri götürməsinə Facebook sosial şəbəkəsində özünəməxsus formada münasibət bildirib:

"Müsavat Partiyasında sən demə, Səxavət Əlisoy adında bir başqanlığa “namizəd” də var imiş. Bu adamın başqanlığa namizədliyi sürtülmüş şalvarın arxasına yamağa oxşayır. Guya bu adam Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürməsə, İsa Qəmbərin yerlisi başqan seçilə bilməyəcək imiş. Yarınmağa başqa yol tapmayıb. Bu da özünü siyasətçi sayırmış... Hər kəs bilir ki, Müsavat Partiyası birbaşa regionçuluq əsasında yaranmış bir partiyadır. Bu partiyanı İsa Qəmbər Elçibəy hakmiyyətinə ağır zərbə vuraraq regional əsasda qurub. Hamı da bilir ki, İsa Qəmbər heç vaxt bu partiyanın başına başqa regiondan, o cümlədən nə Naxçıvan, nə də Ermənistandan olan bir şəxsin gəlməsinə imkan verməz. İsa Qəmbər regionçudur. Buna İsa Qəmbərin xarakteri də yol verməz. Hamı da dəfələrlə bunun şahidi olub. Hazırda Müsavatı maliyyələşdirən şəxslər mətbuatda bəyan ediblər ki, Müsavat hakmiyyətə gəldiyi təqdirdə "naxcıvanlılarla ermənistanlıları kürüyüb Xəzər dənizinə tökəcəyik". Bu partiyanın əsas siyasəti də buna söykənib. İsa Qəmbər 22 ildir bu arzusuna çata bilməyib, çata da bilməyəcək".

AZAD


Müəllif:

Oxşar xəbərlər