Oğuz rayonunda it qadına xəsarətlər yetirib.
Hadisə Qumlaq kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Elnarə İsrafilovaya qonşusunun iti hücum çəkib. Nəticədə 43 yaşlı qadın hər iki ayağından xəsarət alaraq ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının hər iki ayağındakı yaralara tikişlər qoyulub və quduzluq əleyhinə peyvənd vurulub.
Bundan sonra Oğuz sakini xəstəxanadan evə buraxılıb.