25 Fevral 2020 13:05
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 21-də Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildırib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb. O törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov