Bakının Nəsimi rayonunda taksi sürücüsünə qarşı quldurluq edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən Abşeron rayon sakini R.Əliyev fevralın 24-də Azadlıq prospektində “VAZ-21012” markalı avtomobilinə sərnişin qismində mindiyini bildirib. Şikayətçi qeyd edib ki, həmin şəxs ona zor tətbiq edərək pulunu və mobil telefonunu alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini E.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.