26 Fevral 2020 13:25
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə fevralın 25-də saat 9 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində baş verib.

Fazıl kənd sakini R.Qocayevin idarə etdiyi “VAZ-2101” və şəhər sakini V.Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Qocayevin sərnişinlərindən Şahid Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov