Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ş.Mehdiyev küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Malik Cavadov 1997-ci il təvəllüdlü Fərid Qəmbərli və 1994-cü il təvəllüdlü İsmayıl Mustafayev ilə şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Dava zamanı Malik Cavadov hər iki gənci bıçaqlayıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Vaxtında tibbi yardım göstərildiyi üçün hər iki yaralının həyatını xilas etmək mümkün olub.
Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Malik cavadov həbs edilib.
Məlum olub ki, Malik Cavadov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.