26 Sentyabr 2014 11:38
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ həqiqətləri amerikalı tələbələrin diqqətinə çatdırılıb

ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetində Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, tədbir universitetin Maksvel Vətəndaşlıq və İctimai Məsələlər Məktəbində təşkil olunub. Maksvel Məktəbi ictimai siyasət sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindəndir. Tədbirdə universitetin tələbə və müəllim heyəti iştirak edib.

Universitetin dəvətilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə geniş mühazirə ilə çıxış edib.

N.Ağayev çıxışında Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə siyasəti və mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb. Baş konsul bildirib ki, Ermənistan tərəfi nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın hazırkı prezidenti S.Sərkisyanın hələ 2000-ci ildə verdiyi müsahibədə Xocalı qətliamının işğalçı qüvvələr tərəfindən törədilməsinə dair etdiyi etirafi diqqətə çatdırıb.

N.Ağayev bu qədər faktlardan və etiraflardan sonra erməni tərəfinin Xocalı soyqırımını inkar etməsinin olduqca məntiqsiz və gülünc olduğunu qeyd edib.

Bundan başqa, N.Ağayev çıxışında Azərbaycanın tarixi, mədəniyyəti, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa və qonşu dövlətlər ilə münasibətləri barədə də iştirakçılara ətraflı məlumat verib. O, həmçinin, Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələri barədə danışaraq, Azərbaycan hökumətinin ölkədə bu ənənələrin daim yaşaması və daha da güclənməsinə yüksək diqqət yetirdiyini söyləyib.

Çıxışdan sonra baş konsul amerikalı professor və tələbələrin suallarını cavablandırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər