29 Fevral 2020 13:21
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Gədəbəydə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21011” və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşub.

Nəticədə R.Hüseynov, arvadı Nüşabə və digər 2 sərnişini, habelə digər sürücü xəsarətlə xəstəxanaya yerləşdirilib, R.Hüseynov və N.Hüseynova orada ölüblər.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov