Qəbələ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev saxlanılıblar.
Bundan başqa, Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da rayon ərazisindəki evlərin birindən 930 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Abdullayev tutulub.