Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.
“Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.
Fakt araşdırılır.