2 Mart 2020 12:10
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, fevralın 28-də Binəqədi rayonunun 28 May qəsəbəsinin ərazisində yerləşən oyun zalında şəxsiyyəti məlum olmayan 3 nəfər qəsəbə sakini C.Salmanova məxsus 70 manat pul və 35 manat dəyərində mobil telefonunu soyğunçuluq yolu ilə alıblar.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri S.Zərbəliyev, onun qardaşı və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdiyev saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər