Daxili İşlər Nazirliyi paytaxtın Suraxanı rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, rayonunun Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini R.Burjunov idarə etdiyi “Subaru” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nəriman Nərimanovu və onun arvadını vurub.
Nəticədə kişi hadisə yerində ölüb, qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.