26 Sentyabr 2014 16:00
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində sentyabrın 25-də İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İraq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

İbrahim Əl-Cəfəri ölkəsindəki vəziyyət barədə məlumat verib və son dövrlərdə İraqda baş vermiş hadisələr nəticəsində bir sıra infrastruktur obyektlərinə ciddi zərər dəydiyini qeyd edərək, Azərbaycanın bunların bərpasında iştirak imkanlarına baxılmasını xahiş edib.

E.Məmmədyarov İraqa edilmiş son səfərini yüksək qiymətləndirərək, aparılmış görüşlər zamanı əldə olunmuş razılıqlar istiqamətində ardıcıl işlər apardığını tərəf müqabilinin diqqətinə çatdırıb.
Nazir iraqlı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verib. Həmçinin, BMT tərəfindən münaqişənin həlli ilə bağlı qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edən E.Məmmədyarov dost ölkələrin münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında ədalətli həllinə dəstəyinin yüksək qiymtələndirildiyini deyib.

E.Məmmədyarov iraqlı naziri ölkəmizə rəsmi səfərə dəvət edib və onun tərəfindən bu dəvət qəbul edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər