Bakının Xətai rayonunda oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da rayon ərazisindəki restoranların birindən 9000 manat dəyərində 5 ədəd televizor, 1 ədəd proyektorun lövhəsi və mobil telefon aksessuarı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Zeynalov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.