26 Sentyabr 2014 17:33
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞ PA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisindən verilən xəbərə görə, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 10 avqust 2014-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri, Ukraynadakı mövcud böhran, Vatslav Havel İnsan Hüquqları Mükafatının təsis olunması, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri, təhsildə yaxşı idarəçilik və keyfiyyətin artırılması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.

Nemət


Müəllif:

Oxşar xəbərlər