Martın 7-də Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.
Hadisə rayonun Çayrud kəndində qeydə alınıb.
Torpaq sürüşməsi nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.
Ailənin daha iki üzvü isə xəsarət alıb. Bunlar 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva və 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayevadır.
Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alan şəxslərin vəziyyətini normal kimi qiymətləndirir.
***
12:20
Lerik rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yaşayış evi dağılıb.
Hadisə rayonun Çayrud kəndində qeydə alınıb.
Torpaq şürüşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb./Report/